Şeyx İsa Qasim İmam Hüseynin (ə) Qocaman Xidmətçiləri toplantısının xüsusi siması kimi tanınıb
Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasim İranada keçirilən XV Beynəlxalq İmam Hüseynin (ə) Qocaman Xidmətçiləri toplantısının "xüsusi siması" kimi elan olunub. Maide.Az xəbər verir ki, XV Beynəlxalq İmam Hüseynin (ə) Qocaman Xidmətçiləri toplantı İranın Bəndər Abbas şəhərində keçirilib. İclasda Şeyx İsa Qasimin nümayəndəsi Şeyx Abdullah çıxış edib və deyib ki, Şeyx İsa Qasim 3 aydır ki, Bəhreyn rejim təhlükəsizlik qüvvələri tərəfindən mühasirədə saxlanılır. Nə üçün ? Ona görə ki, O Hüseyn (ə) məktəbi və düşüncəsinin davamçısıdır. Şeyx İsa Qasim Zillət və İzzət arasında izzəti seçib. Zillət bizdən uzaqdır. Qeyd edək ki, İmam Hüseynin (ə) Qocaman Xidmətçiləri toplantısı hər il İranın müxtəlif şəhərlərində keçirilir. Toplantıda dünyanın müxtəlif ölkələrindən yaşlı rövzəxanlar, mərsiyəxanalr, növhəxanlar, şair və məddahlar iştirak edirlər. Bu ilki toplantıda Dünyanın 5 qitəsindən İmam Hüseynin (ə) 40 Qocaman xidmətçisi iştirak edib.