Şeyx İsa Qasimin evinin önündə oturaq aksiya - 5 AY (FOTO)
Minlərlə bəhreynli bu ölkənin şiə lideri Şeyx İsa Qsimin evinin önündə keçirilən oturaq aksiyanın 150-ci günü münasibətilə oturaq aksiya iştirakçılarına qoşulub, bu alimin vətəndaşlığının əlindən alınmasına etiraz etdi. Maide.Az Al-Aləm kanalına istinadən xəbər verir ki, sosial şəbəkələrdə etiraz aksiyasının fotoları yayımlanıb. Etirazçılar Ali Xəlifə rejimi əleyhinə şüarlar səsləndiriblər, bu rejimdən cinayətləri dayandırmağı və Şeyx İsa Qasimin vətəndaşlığının ona qaytarılmasını tələb ediblər.