Şeyx İsa Qasimin evi Al Xəlifə rejim əsgərkəri tərəfindən mühasirəyə alınıb
Bəhreyn rejim ordusuna məxsus hərbi texnika “Əl-Draz” bögləsində böyük şiə alim Şeyx İsa Qasimin evini mühasirəyə alıb. Maide.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bir müddət öncə sağlamlığında yaranmış problemə görə önəmli əməliyyat keçirən Şeyx İsa Qasim hazırda güclü təhlükəsizlik tədbirləri altında ev dustaqlığında saxlanılır. Şeyx İSa Qasimin evinin mühasirəyə alınmasının səbəbləri açıqlanmayıb. Bəhreyn xalqı dəfələrlə Şeyx İsa Qasimin azadlığı tələbi ilə mitinqlər təşkil edib.