Şeyx Sərdarın kassasiya şikayəti üzrə məhkəməsi keçiriləcək - BU GÜN
Bu gün Ali Məhkəmədə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayeti üzrə məhkəməsi keçiriləcək. Bu barədə Maide.Az –a vəkil Cavad Cavadov məlumat verib. C.Cavadoun bildirib ki, Hacı Sərdar Babayevin barəsində olan cinayət işi üzrə kassasiya şikayəti üzə Ali Məhkəmədə keçiriləcək məhkəmə baxışı 30 yanvar 2018-ci il, saat 11:00 –a təyin olunub. İşə Hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq. Qeyd edək ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə) üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib.