Şeyx Əli Salman 14 fevral inqilabının 7-ci ildönümü münasibətilə açıqlama verib
Bəhreyn “Əl-Vifaq” Cəmiyyətinin baş katibi, nüfuzlu ruhani Şeyx Əli Salman 14 fevral inqilabının 7-ci ildönümü münasibətilə açıqlama verib. Maide.Az “manamapost”-a istinadən xəbər verir ki, həyat yoldaşı Alya Razi vasitəsilə müraciət göndərən ruhani Bəhreyn xalqının təzyiq, həbs və zorakılıqlara baxmayaraq müqaviməti davam etdirməsini alqışlayıb. “Bəhreyndə çoxlu problemlə mövcuddur. Bu heç kimə sirr deyil. Ölkənin düşünən beyinləri hazırkı durumdan çıxış yolu tapmaq üşün birləşməli və insanların həbs edilməsi, öldürülməsi hallarına qarşı ciddi mübarizə aparmalıdırlar.”. Xatırladaq ki, Şeyx Salman 2014-cü ildə dövlət çevrilişinə cəhd ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Son olaraq 2017-ci ildə onun barəsində casusluq ittihamı ilə cinayət işi qaldırılıb. Ailəsi bildirir ki, məqsəd ruhanini siyasətdən uzaq saxlamaqdır. Qeyd edək ki, ötən axşam Bəhreynin müxtəlif bölgələrində etiraz aksiyaları keçirilib. Xalq 14 fevral inqilabının ildönümü münasibətilə etiraz aksiyaları keçirilir. “İnqilabın anılması” şüarı ilə ötən axşamdan başlayan etiraz aksiyası cümə axşamı gününə kimi davam edəcək.