Maide.az

Şeyx Əli Salman barəsində yenidən 9 illik həbs qərarı çıxarılıb -VİDEO

Bəhreyn rejiminin məhkəməsi yenidən Şeyx Əli Salmanın barəsində 9 illik həbs qərarı çıxarıb. Qeyd edək ki, Bəhreyn Apellyasiya Məhkəməsi Əl-Vəfaq partiyasının sədri Şeyx Əli Salmanın həbsinin 4 ildən 9 ilə qaldırılması qərarını ləğv etmişdi.   Şeyx Əli Salman 2014-cü il dekabrın 28-də həbs edilib. Barəsində 4 illik həbs qərarı 16 iyun 2015-ci ildə çıxarılıb.   2016-cı il may ayının 30-da isə məhkəmə onun həbsini 4 ildən 9 ilə qaldırmaq qərarı qəbul edib  /   Qeyd edək ki, Bəhreyn xalqı, Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmana dəstək məqsədi lə  etiraz aksiyası keçirib. Yüzlərlə bəhreynli dekabrın 11-də paytaxt Manamanın Əd-Diraz rayonunda Şeyx Salmana dəstək aksiyaları təşkil ediblər.(faktxeber)