Şeyx Əli Salman: Həbs müddətinin uzadılması bizi öz hüquqlarımızı tələb etməkdən çəkindirmir
Həbs və həbs müddətinin uzadılması bizi öz hüquqlarımızı tələb etməkdən çəkindirmir. Bu sözləri Bəhreyn Əl-Vifaq Hərəkatının baş katibi Şeyx Əli Salman özünün həbs müddətinin 5 il uzadılmasına reaksiyasında bildirib. Maide.Az xəbər verir ki, Şeyx Əli Salman deyib ki, bu kimi qərarlar bizi öz hüquqlarımızı tələb etməkdən çəkindirmir və bizim iradəmizi daha da möhkəmləndirir. Şeyx Əli Salman xalqı öz istəklərini tələb etməyə və rejimə zidd siyasətçiləri siyasi fəaliyyətlərini öz hüquqlarını alanadək davam etdirməyə çağırıb. "Bəhreyn xalqı öz hüquqlarını tələb etmək və xalqın iradəsi və istəyi ilə bir hökumətin qurulmasını istəmək haqqına malikdirlər". Qeyd edək ki, Bəhreyn Apelyasiya Məhkəməsi Əl-Vifaq hərəkatının baş katibi Şeyx Əli Salmanın həbs müddətini 4 ildən 9 ilə qədər uzadıb. Şeyx Əli Salman 2014-cü ilin dekabr ayında ölkədə islahatlarla bağlı etdiyi bir neçə çıxışdan sonra həbs olunub. Ali Xəlifə rejimi Şeyx Əli Salmanı Bəhreyn Daxili İşlər Nazirliyinə hörmətsizlik etmək, və insanları hakim rejimi dəyişməyə səsləmək ittihamı ilə 4 il azadlıqdan məhrum etmişdi. Şeyx Əli Salman Bəhreyn rejiminin əsas siyasi rəqiblərindən olan Əl-Vifaq hərəkatının baş katibidir. O, 1990-cı ildən sürgün olunmuş və 2001-ci ildə ölkəyə geri dönmüşdür. Şeyx Əli Salman Əl-Vifaq hərəkatının rəhbəri kimi, 2011-ci ildə Bəhreyndə cərəyan edən xalq etirazlarının təşkilində fəal iştirak edib.