Maide.az

Şeytan bu beş zümrəni aldada bilmir

Şeyx Səduq öz silsilə sənədləri ilə imam Sadiqdən (ə) Şeytanın belə dediyini nəql edir: خَمسَةٌ ليسَ لي فيهِنَّ حِيلَةٌ و سائرُ الناسِ في قَبضَتي: Beş zümrə mənim ixtiyarımdan (hiyləmdən) kənardır və qalanları isə mənim çəngimdədirlər: مَنِ اعتَصَمَ بِاللّه ِ عن نيّةٍ صادِقَةٍ و اتَّكَلَ علَيهِ في جَميعِ اُمُورِهِ؛ 1. Pak və saf niyyətlə Allahdan yapışan və bütün işlərində Ona təvəkkül edən; و مَن كَثُرَ تَسبيحُهُ في لَيلِهِ و نَهارِهِ؛ 2. Gecə-gündüz çox zikr deyən (Allahı çox yad edən); و مَن رَضِيَ لأخِيهِ المؤمِنِ بما يَرضاهُ لنفسِهِ؛ 3. Özünə istədiyini mömin qardaşına da istəyən; و مَن لَم يَجزَعْ على المُصيبةِ حينَ تُصِيبُهُ؛ 4. Bəla və müsibətə düçar olduqda taqətsizlik etməyən; و مَن رَضِيَ بما قَسَمَ اللّه ُ لَهُ و لَم يَهتَمَّ لِرِزقِهِ . 5. Allahın qismətinə razı olan və öz ruzisinin qəm-qüssəsini çəkməyən.” (“Xisal”, Şeyx Səduq, 1-ci cild, səh. 285.) Maide.az – Maarif bölümü