Evlənənlərin 500-də xəstəlik tapılıb – AÇIQLAMA
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin oktyabr ayının sonuna qədər 207 731 nəfər müayinədən keçib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən fins.az-a verilən xəbərə görə, oktyabr ayında müayinədən keçən şəxslərdən 421 nəfərdə talassemiya daşıyıcılığı, 47 nəfərdə sifilis, 6 nəfərdə isə QİÇS aşkar olunub. Qeyd edək ki, bu müayinələr "Ailə Məcəlləsi"nə edilən dəyişikliklərdən sonra başlanıb. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuzdur. /