Maide.az

ETSN: Hökməlidə sürüşmə sahəsində aktivlik müşahidə edilir - FOTO

Hökməlidə sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilir.   Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.   Dəstə rəisinin sözlərinə görə, Hökməlidə yamacın kəsilməsi sürüşmə - çökmə prosesinin başlamasına təkan verib: “Yaxınlıqdakı Hökməli vulkanının yüz illər boyu püskürməsi, texnogen suların, atmosfer çöküntülərinin təsirindən vulkan külləri axıcı hala gəlib. Yamacın kəsilməsi ilə isə onun dayanıqlığı itib və sürüşmə - çökmə prosesi baş verib”.   R. Həsənov qeyd edib ki, Hökməlidə yol boyunca da çatlar əmələ gəlib: “Ərazidə qırılma qaşının hündürlüyü 60-80 sm-ə çatır. Bəzi yerlərdə isə çatların eni 50 sm-dir”.   Qeyd edək ki, ətrafda qəzalı vəziyyətə düşən evlər var. /