Maide.az

ETSN: Bakı Avtovağzalının qarşısındakı sürüşmə sahəsində təcili bərpa işləri aparılmalıdır

“Bakı-Sumqayıt şose yolunda, Bakı Avtovağzalının qarşısındakı sürüşmə sahəsi aktiv fazadadır”.     Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.    O bildirib ki, yağışlı hava şəraitinin davam edəcəyi təqdirdə yoldakı çatlar daha da genişlənəcək: “Bu, yol üçün təhlükə yaradır. Təhlükənin neçə faiz olduğunu dəqiq demək mümkün deyil. Bunun üçün orda tədqiqat işləri aparmaq, bilmək lazımdır ki, asfaltın altında hansı kütlə var”.   Ə. Piriyev əlavə edib ki, sürüşmə baş verən ərazidə çatlar yol boyu təxminən on metr uzanır: “Həmin ərazi təhlükəli sahə hesab olunur. Ərazidə təcili bərpa işləri həyata keçirilməlidir”.