Maide.az

ETSN: Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır

Badamdar sürüşmə zonasında monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.   Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb.   Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.