Maide.az

Ermənistanda etirazçılar Qarabağ razılaşmasının pozulmasını tələb edir

Ermənistanda etiraz aksiyaları davam edir.   Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazçı kütlə parlament binasına daxil olaraq, Azərbaycan, Ermənistran və Rusiya liderlərinin gecə əldə etdikləri razılaşmanı tərk etməyə çağırış ediblər.   Onlar deputatlara parlamentə gəlməyə 2 saat vaxt veriblər. Əks halda etirazçılar deputatları tutaraq onları məsuliyyətə cəlb edəcəklərini deyiblər.   Parlamentin iclas zalını tərk edərək insanlar hakim “Mənim addımım” fraksiyasının deputatlarını dəhlizdə gözləyir.