Maide.az

Ermənistan Qəbələ, Kürdəmir və Siyəzənə ballistik raketlər atıb - YENİLƏNİB

 Ermənistan ərazisindən Azərbaycan əraziləri raket atəşinə tutulub   Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.   Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.   Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.   Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.     ***   Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən ballistik raketlər atılıb.   Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.