Maide.az

Ermənistan XİN başçısı növbəti dəfə Moskvaya gedib

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.   Bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.    Onun sözlərinə görə, hazırda Zöhrab Mnatsakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.    Qeyd edək ki, Zöhrab Mnatsakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaq.  /report /