Maide.az

Ermənistanda seçkiyə hazırlıq başlanır

Ermənistanın Mərkəzi Seçki Komissiyası gələn aya təyin olunmuş seçkinin qrafikini açıqlayıb.   Seçki kampaniyası noyabrın 26-dan dekabrın 7-dək keçiriləcək.   Siyasi partiyalar və alyanslar seçkiyə 25 gün qalmışdan gec olmayaraq, yəni noyabrın 14-dək qeydiyyat üçün sənədlərini təqdim etməlidirlər.   Namizədlərin siyahısı isə 14-19 noyabr tarixlərində təqdim olunmalıdır.   Müşahidəçilər Nikol Pashinian-ın siyasi komandasının seçkini udacağını gözləyirlər. /azadliq.org /