Maide.az

Erməni ordusu bir gündə 2 itki verdi

  Ermənistan ordusu dünən daha bir hərbçisini itirib.   Erməni KİV-ə istinadən xəbər verilir ki, 1997-ci il təvəllüdlü əsgər Sevak Xaçatryan cəbhə xəttində atəşkəsin pozulması nəticəsində öldürülüb.   Qeyd edək ki, dünən erməni mətbuatı 1997-ci ildə anadan olmuş daha bir hərbi qulluqçusu Arsen Arakelyan "Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə" öldürüldüyünə dair məlumat yaymışdı. (Qafqazinfo) /