Ermənilərin atdığı mərmi Tərtərdə dinc sakini yaralayıb
Erməni silahlı qüvvələrinin atdığı mərmilərdən biri Tərtər rayonun Düyərli kəndində həyətyanı sahəyə düşüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı çoxsaylı qəlpə yaraları alıb. Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.