Maide.az

Erməni tərfinin növbəti saxtakarlığı

Ermənistanın Müdafiə nazirliyinin rəsmi nümayəndəsinin 2015-ci il ərzində silahlı qüvvələrinin ümumilikdə guya 57 nəfər itki vermələri ilə bağlı yaydığı xəbər qeyri-ciddi və saxtadır. Belə ki, bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə tamamilə üst-üstə düşmür. Yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib. Erməni mətbuatının ordularındakı ölüm halları barədə yaydıqları məlumatların statistikası 03.01.2015 Zabit Karen Qriqoryan  Əsgər Vardan Mkrtçyan 05.01.2015 Soyadı göstərilməyən 2 hərbi qulluqçu 05.01.2015 Каren Mirzəyan 17.01.2015 Hərbi qulluqçu Arman Arutyunyan 17.01.2015 Маyor Artur Vardevanyan 20.01.2015 Hərbi qulluqçu Suren Pilosyan 21.01.2015 Hərbi qulluqçu Naapet Asatryan 21.01.2015 Kiçik çavuş Arman Udumyan 23.01.2015 Leytenant Karen Qalustyan Əsgər Artak Sarkisyan 26.01.2015 Baş leytenant Samvel Zurabyan Karen Muradyan Zatik Tutxalyan 29.01.2015 Aykaz Barseqyan 05.02.2015 Hərbi qulluqçu Şekspir Akopyan 11.02.2015 Baş leytenant Tiqran Simonyan 14.02.2015 Kiçik çavuş Arman Osipyan 27.02.2015 Albert Safaryan 28.02.2015 Artak Aqekyan Ayk Baroyan 03.03.2015 Arsen Karapetyan 06.03.2015 Samvel Mirzəyan 19.03.2015 Akop Xaçaturyan Eduard Ayrapetyan  Arşak Arutyunyan Samvel Akopyan 21.03.2015 Çavuş Ayk Marqaryan 29.03.2015 Ovsep Andreasyan 07.04.2015 Baş gizir Ayk Keşioqlyan Əsgər Levon Mirzəyan 10.04.2015 Əsgər Artur Arakelyan 17.04.2015 Əsgər Artem Tovmasyan 08.05.2015 Əsgər Arutyun Ambaryan 29.05.2015 Xdr Saroyan 05.06.2015 Mayor Sarkis Maykl S. 07.06.2015 Sirak Gevorqyan 11.06.2015 Edqar Melkonyan 26.06.2015 Müqaviləli Arman Epremyan 30.06.2015 Leytenant Marvik Məlikyan 05.07.2015 Sasun Ziroyan Marat Tadevosyan 22.07.2015 Qalust Verdoyan 05.08.2015 Arsen Unanyan 12.08.2015 Siravi Karen Ovanesyan 16.08.2015 İvan Babayan 19.08.2015 Müqaviləli əsgər Aşot Ovanesyan 03.09.2015 Ayk Devoyan 04.09.2015 Marat Xaçanyan Arman Stepanyan 04.09.2015 Mayor Qriqor Saakyan Mayor Sevak Qasparyan  Kapitan Taron Sedrakyan Gizir Qevorq Vardanyan 06.09.2015 Hərbi qulluqçu Narek Arutyunyan 18.09.2015 Hərbi komisar Derenik Papyan 21.09.2015 Zabit Suren Davtyan 25.09.2015 Hərbi qulluqçular Norayr Xaçaturyan Robert Mkrtçyan  Arut Akopyan Karen Şaqinyan 14.10.2015 Babken Saruxanyan 24.10.2015 Arutyun Akopyan 05.11.2015 Levon Tonoyan 06.11.2015 Xaçik Poqosyan 13.11.2015 Vaqa Vanoyan  Mikael Torosyan 15.11.2015 Vardan Mamikonyan  Aram Aslanyan 28.11.2015 əsgər Qevorq Xaçaturyan 30.11.2015 Bir nəfər həlak olan 04.12.2015 Erik Qriqoryan 09.12.2015 Qarik Avanesyan 11.12.2015 Leytenant Vardan Vardanyan 12.12.2015 Karen Qriqoryan 18.12.2015 Qor Oqanyan Aqasi Qriqoryan Ruben Aleksanyan 19.12.2015 Sidar Aloyan 20.12.2015 Kəşfiyyat zabiti Taron Karapetyan 21.12.2015 Əsgər Stepan Qalustyan 25.12.2015 Karen Akulyan Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır. Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur. 2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər göməyə çalışırlar.  Bu il yanvarın 19-da baş verən, lakin düşmən tərəfindən gizlədilən, əldə etdiyimiz yalnız bir faktı təqdim edirik. Belə ki, həmin gün saat 17.20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartaninin silahla ehtiyatsız davranması nəticəsində, sağ qolunun alt nahiyəsindən yaralandığı üçün onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib.