Maide.az

Ermənistanda etiraz aksiyası keçirildi

"Vanadzor Kimya sənaye" zavodunun işçiləri Ermənistanın Lori vilayətinin administrasiyası qarşısında etiraz aksiyası keçiriblər.   "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.   Aksiya bu gün keçirilib. İşçilər 9-10 aydır ödənilməyən əmək haqlarının verilməsini tələb ediblər. Lori vilayətinin qubernatoru Artur Nalbandyan etirazçılarla görüşərək onlara yardım edə bilməyəcəyini söyləyib. Qubernatorun cavabından sonra aksiya iştirakçıları beynəlxalq əhəmiyyətli Vanadzor-Alaverdi avtomobil yolunu kəsiblər. Polis onlara mane olmağa çalışıb.   Qeyd edək ki, zavod işçiləri bir ay öncə də eyni tələblərlə etiraz aksiyası keçirmişdilər. /