Maide.az

Ermənistandakı etirazlar inqilabla nəticələnə bilərmi?

Yerevanda erməni fəalların etiraz aksiyası davam edir. “Talana son!” Təşəbbüs Qrupunun fəalı Artur Koçaryan aksiyaçılar qarşısında bəyanatla çıxış edərək bildirib ki, artıq etirazın yeni mərhələsinə başlayırlar. Onun sözlərinə görə, iqtisadçılardan və hüquqşünaslardan ibarət qrup yaradaraq, etirazları daha geniş formada davam etdirəcəklər. Artur Koçaryan onu da qeyd edib ki, prezident Serj Sərkisyanın bəyanatı onları qane etmir: “Tələblərimiz belədir: Elektrik enerjisi tariflərinin bahalaşdırılması barədəÿiyunun 17-dəÿqəbul edilmiş qanunsuz qərar ləğv edilsin! ÿÖtənilki tariflərəÿ yenidən baxılsın! Iyunun 23-dəÿ”Baqramyan" prospektindəki aksiyanı dağıdan, dinc nümayişçilərəÿ güc tətbiq edən bütün polis ÿəməkdaşları cəzalandırılsın! Həmçinin onlara bu göstərişi verənlər məsuliyyətəÿ cəlb edilsin". Serj Sərkisyan Ermənistan Elektrik Şəbəkələri şirkətindəÿ auditin keçirilməsiÿ vəÿ proses başa çatana qədər elektrik enerjisi tariflərinin qaldırılması qərarının dondurulması haqda qərar versə də, bu, etirazçılar bununla razılaşmır. Onlar bildirib ki, qiymət artımı qərarının ləğvinə dair qərarı rəsmi şəkildə televiziyadan eşitməyincə meydandan getməyəcəklər. Yerevanla yanaşı, Gümrüdə də etirazlar davam etməkdədir. Oradakı fəallar şəhərin mərkəzi meydanına toplaşaraq, Yerevandakı aksiyaçılarla həmrəylik nümayiş etdiriblər. Göründüyü kimi, Ermənistanda siyasi vəziyyət artıq yeni məcraya yönəlməkdədir. Sərkisyanın geri addım atması orada xalq etirazlarının daha geniş vüsət alması və nəticə etibarilə inqilabi situasiyanın yaranmasına yol aça bilərmi? “Turan” informasiya agentliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehman Əliyev "Azadlıq"a bildirib ki, Ermənistan hakimiyyəti Sərkisyanın bəyanatı ilə taktiki gediş edərək, xalqı yenidən aldatmağa çalışdı. Amma xalq da bunu başa düşdüyündən geri çəkilmədi: “Məncə, Ermənistandakı etirazların səbəbi kimi göstərilən elektrik enerjisinin qiymət artımı daha çox bəhanədir. Narazılığın yaranmasında sosial-iqtisadi amillərin rolu olsa da, hazırda məsələ fərqli məcraya yönəlməkdədir. Son vaxtlar Ermənistanın Avropa Birliyi ilə münasibətlərində sıx əməkdaşlıq gözləntiləri vardı. Lakin bu baş vermədi. Xalq da hakimiyyətin bu siyasətindən narazıdır. Çünki Ermənistan cəmiyyətinin əksər hissəsi Avropaya inteqrasiyada maraqlıdır. Onlar Rusiyanın asılılığından qurtulmaq istəyirlər”. Rusiyanın böyük böhrana girdiyini və Ermənistanı da öz arxasınca apardığını deyən Mehman Əliyevin fikrincə, ermənilər də bunu başa düşüb. Ermənistanda inqilabi vəziyyət yaranacağı təqdirdə Rusiyanın prosesə müdaxiləsinə gəlincə, Mehman Əliyev hesab edir ki, “Qarabağ şantajı” nəticə verməyəcək. Rusiya da bunu anlayır: “Rusiya Ermənistanın daxilində də hansısa qüvvələr vasitəsilə prosesə müdaxilə etmək iqtidarında görünmür. Çünki Ermənistanda Rusiya tərəfdarları olduqca azdır. Əgər Rusiya Ukrayna hadisələrində olduğu kimi Ermənistanda da güc yolundan istifadə etməyə çalışsa, Ukrayna kimi Ermənistanı da itirəcəklər”. Politoloq Hikmət Hacızadə də Ermənistandakı etirazların inqilabi situasiya ilə nəticələnməsini istisna etmir. Amma Hikmət Hacızadə belə bir situasiya yaranacağı təqdirdə Rusiyanın müdaxilə imkanlarını mümkün sayır: “Ermənistan polisi və hərbçiləri etirazları yatırmaq iqtidarında deyil. Bu baxımdan mümkündür ki, Rusiya öz təcrübəli Xüsusi Təyinatlılarından istifadə edərək, bu ölkədə ”sabitlik" yaratsın. Rusiya belə bir addım atsa, sözsüz ki, niyyəti Sərkisyanı alternativ Rusiyameylli qüvvələrlə əvəzləmək olacaq.ÿAmma hadisələr tamam fərqli istiqamətdə cərəyan edə də bilər və bu halda, Rusiya bölgədə məğlubiyyətə düçar olar. Yəni, bu da istisna olunmur".