Maide.az

Ermənistanda radikal müxalifət liderinə qarşı ittiham irəli sürülüb

Ermənistanda “Təsisedici Parlament” radikal müxalifət təşəbbüsünün lideri Jirayr Sefilyana qarşı aprelin 9-da ittiham irəli sürülüb.   Bu barədə  “NEWS.am”a  hərəkatın mətbuat xidmətindən bildirilib.   Məlumata görə,  Jirayr Sefilyana qarşı Ermənistan CM-nin 225-ci maddəsi (kütləvi iğtişaşlar) üzrə ittiham irəli sürülüb.   Qeyd edək ki, aprelin 7-də Ermənistan İstintaq Komitəsi qondarma erməni soyqırımının 100 illiyinin qeyd ediləcəyi aprelin 24-də planlaşdırılan kütləvi iğtişaşların qarşısının alındığını bəyan edib.      Başlanmış cinayət işi çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən baxış, əməliyyat-axtarış və digər tədbirlər həyata keçirilir.   Tədbirlər zamanı “Təsisedici Parlament”ın lideri Jirayr Sefilyan və hərəkatın bir neçə üzvü saxlanılıb.