Maide.az

Erməni general Azərbaycanı neft-qaz kəmərlərini vurmaqla hədələdi

"Əgər Qarabağa 100 mərmi düşəcəksə, onda bu, Azərbaycana düşmüş 10 mərmidən daha az effektiv olacaq. Çünki, Azərbaycanın ərazisində iri neft və qaz kəmərləri var və boru xətləri təhdid altında qala bilər. Azərbaycan bütün bunları itirə bilər". ANS PRESS-in məlumatına görə, bunu Qarabağ müharibəsinin iştirakçısı, general-mayor Arkadi Ter-Tadevosyan deyib. O, Ermənistanda son yaranan ajiotajı nəzərə alaraq belə populist açıqlama vermək qərarına gəlib. Ter-Tadevosyanın erməni publikasına hesablanmış bu açıqlamaları təşvişə düşmüş cəmiyyəti təsəlli etməkdən başqa bir şey deyil. Erməni əsgərlərin ağ bayraqla Azərbaycan tərəfinə sığındığını unudan Qarabağ müharibəsi iştirakçısı ordunun güclü olduğunu iddia edib./