Maide.az

Ermənilər Bakıya gəlmək fikrindədirlər

Ermənistan Milli Olimpiya Komitəsi (MOK) Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakdan imtina etməyə səbəb görmür.    Maide.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə MOK-un baş katibi Qraçya Rostomyan deyib.   Onun sözlərinə görə, indiki mərhələdə təhlükəsizlik və digər məsələlərlə bağlı bütün problemlər həll edilib.   MOK-un baş katibi vurğulayıb ki, Ermənistan idmançılarının Oyunlarda iştirakı barədə yekun qərar 2015-ci ilin fevralında veriləcək.   Qeyd edək ki, İlk Avropa Oyunları 2015-ci il iyunun 12-28 aralığında keçiriləcək. Ümumilikdə Bakıda 20 idman yarışı təşkil olunacaq.