Maide.az

Erməni general yalvardı

Regionda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik Xankəndində separatçı rejimin nümayəndələri ilə görüşüb.    Qondarma “DQR-in müdafiə naziri” Movses Akopyan Kasprişiklə noyabrın 12-də vurulan helikopterin heyət üzvlərinin taleyi haqda danışıblar. Akopyan ATƏT nümayəndəsindən pilotların aqibətlərini aydınlaşdırmaq üçün kömək istəyib.   Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.    Cavab atəşilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.