Maide.az

Ermənistan da Bakı-Tbilisi-Qars dəmiryoluna qoşula bilər

Ermənistanın Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulması məsələsinə Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra baxıla bilər.   "Trend"-in məlumatına görə, bunu bu gün jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov deyib.   Onun sözlərinə görə, indiki mərhələdə Bakı-Tbilisi-Qars layihəsinə Ermənistandan savayı, arzu edən bütün tərəflər qoşula bilər.