Ermənistan və ATƏT Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib
Yerevanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanla ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin görüşü baş tutub. Bu barədə "news.am" saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayıb. Görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyət və qarşılıqlı etimadın möhkəmləndirilməsinə dair məsələlər müzakirə olunub.