`Ermənitstan Silahlı Qüvvələrinin İŞİD terror qruplaşmasından heç bir fərqi yoxdur`
Əsli olmayan Erməni İddiaları ilə Mübrizə Dərnəyinin (ASİMDER) Mərmərə bölgə rəhbəri Əli Gülbey Azərbaycanın son günlərdə verdiyi şəhidlər üçün İstanbulda yas mərasimi keçirəcəyini açıqlayıb. Dərnək binasında çıxış edən Gülbey erməni vəhşiliyinə lənətləyəcəyklərini bildirib: «Ermənistan Silahlı Qüvvələrinin işğal edərək qətliam törətdiklər Azərbaycanın Dağlıq Qarabağ torpaqları, daim türk torpağı olaraq qalacaq. Beynəlxalq arenada bəzən bu hadisələr «Ermənistan-Azərbaycan müharibəsi» kimi qeyd olunur. O torpaqlar işğal edilib, orada müharibə yox, terror var. Ermənitstan Silahlı Qüvvələrinin İŞİD terror qruplaşmasından heç bir fərqi yoxdur». «Dünya ölkələri, zorla işğal olunan Dağlıq Qarabağ torpaqlarını boşaltmaq əvəzinə, ikinci bir erməni ölkəsi yaratmaq xəyalına düşüb. Bu xəyalı həyata keçirmək üçün yenə Azərbaycan əsgərləri şəhid edilir. Dünya bu həyasız və zülmkar dövlətə «dur» deməlidir. Əks halda Azərbaycanın torpağını geri almaq üçün edəcəyi haqlı mübarizədə heç kim qınamamalıdır» deyə ASİMDER başqanı vurğulayıb.