Maide.az

Ermənilər küçələrə çıxdı

Bu saatlarda İrəvan sakinləri müharibə əleyhinə yürüş keçiriblər.   ANS-in məlumatına görə, yürüş Respublika meydanından Azadlıq meydanına qədər davam edib.   Əllərində Ermənistan və Avropa Birliyinin bayraqları olan yürüş iştirakçıları bildiriblər: "Bu bizim müharibə deyil, rejimin müharibəsidir".   "Tert.am"la söhbət edən yürüş iştirakçılarından biri məramlarını bütün Ermənistan əhalisinə çatdırmaq istədiklərini bildirib: "Biz cəmiyyətlə müzakirələrə girmək istəyirik".   Onlar rejimdən Qarabağdan qoşunları çıxarmağ tələb edir.   İrəvan rejimi mitinqlə bağlı məlumatları yaymağa mane olur. Erməni jurnalist mitinqin şəkillərinin gizli çəkib.