Maide.az

Ermənilər mülki şəxsi güllələdi

Bu gecə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində mülki şəxs yaralanıb. Rayon icra hakiminin müavini Tahir Musayevin verdiyi məlumata görə, hadisə Qazax rayonunun Məzəm kəndində baş verib.    Yaralanan şəxs 1970-ci il təvəllüdlü Çingiz Mədət oğlu Aslanovdur. Güllə onun sağ bud nahiyəsini dəlib keçib.    "O, xəstəxanaya yerləşdirilib. Hazırda yaralının vəziyyəti normaldır. Həyatı üçün heç bir təhlükə yoxdur”, - deyə Tahir Musayev bildirib.   Qeyd edək ki, ötən gün cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 9 hərbçisi şəhid olub. Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu  Sumqayıtdan hərbi xidmətə çağırılmış Hüseyn Abidinov   Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb.