Maide.az

Erməni milyarder həbsdə huşunu itirdi

Qardaşı oğlu Qurgen Hayrapetyan bildirib ki, onu naşatır spirti ilə özünə gətiriblər.    Azərbaycanın Dağlıq Qarabağ ərazisində anadan olmuş Levon Hayrapetyan iyulun 24-də tutulub. Ona israfçılıq, çirkli pulların yuyulması və "Başneft"in səhmlərinin mənimsənilməsi ilə bağlı ittiham təqdim edilib.    Levon Hayrapetyan Dağlıq Qarabağdakı oyuncaq rejimin əsas sponsorlarından biri kimi tanınır.