Maide.az

Eokologiya Nazirliyindən daha bir xəbərdarlıq: toz-dumanı..

Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı xəbərdarlıq edilib.   Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən verilən məlumat görə, iyulun 26-da Bakıda və Abşeron yarımadasında səhər saatlarında mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib.   Nəticədə atmosfer havasında tozun miqdarının bir qədər azaldığı qeydə alınıb. Günün ikinci yarısından axşama doğru şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarının artacağı gözlənilir.   Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır və belə şərait 27 iyul 2018-ci il tarixinədək davam edəcəyi proqnozlaşdırılır.