Maide.az

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib - VİDEO

UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Madridin iki təmsilçisi üz-üzə gəlib.   Çempionlar Liqasının son qalibi “Real” turnirin son finalçısı “Atletiko”nu qəbul edib. ÇL-də həmşəhəri üçün arzuolunmaz rəqib hesab olunan “Real” bu dəfə də ənənəyə sadiq qalıb.   "Kral klubu"nun portuqaliyalı super ulduzu Ronaldo matçın taleyini təkbaşına həll edib. Het-trik edən oyunçu komandası üçün finalın "qapısını aralayıb".   Çempionlar Liqası Yarımfinal mərhələsi, ilk oyunlar 2 may   “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) - 3:0 Qollar: Ronaldo, 10, 73, 86   Baş hakim: Martin Atkinson (İngiltərə) /