Maide.az

Çempionlar Liqasında yarımfinal həyəcanı

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.   Maide.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.   İngiltərədə "Mançester Siti" Madrid "Real"ını sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.   Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması mayın 4-də, Madriddə keçiriləcək.    26 aprel   Çempionlar Liqası, yarımfinalın ilk oyunu   22:45. "Mançester Siti" (İngiltərə) - "Real" (Madrid, İspaniya)   27 aprel    22:45. "Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)/