Maide.az

Çempionlar Liqasında yarımfinal cütlükləri müəyyənləşdi

  Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.   Maide.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinal cütlükləri müəyyənləşib.    "Mançester Siti" Madrid "Real"ına, "Atletiko" (Madrid) isə "Bavariya"ya rəqib olub. Final matçında "Mançester Siti" - "Real" cütünün qalibi nominal meydan sahibi olacaq.    Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları 26/27 aprel - 3/4 may tarixlərində keçiriləcək.    Final isə mayın 28-də Milanda olacaq.       Çempionlar Liqasında yarımfinalın cütlükləri:   "Mançester Siti" (İngiltərə) - "Real" (Madrid, İspaniya)   "Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)