Maide.az

Çempionlar Liqasında ¼ final mərhələsinə yekun vurulub - VİDEO

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Barselona” – “Yuventus” və “Monako” – “Borussiya” oyunları ilə sonuncu yarımfinalçıların adlarına aydınlıq gəlib.   “Barselona” ilk görüşdə 0:3 hesabı ilə uduzduğu “Yuventus”la öz meydanında da bacara bilməyib. "Nou Kamp"da 90 min azarkeşin izlədiyi oyunda qapılara qol vurulmayıb. Beləliklə, turinlilər qitənin ən nüfuzlu klub turnirində son 4 komandadan biri olublar.   “Monako” – “Borussiya” görüşündə isə bu dəfə 4 qol vurulub. Bu komandaların Dortmunddakı ilk qarşılaşmasında azarkeşlər 5 qola şahidlik etmişdilər. Meydan sahibləri rahat qələbə ilə adını yarımfinala yazdırıb - 3:1.   Çempionlar Liqası 1/4 final mərhələsi, cavab oyunları 19 aprel   “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) - 0:0 İlk oyun – 0:3   “Monako” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 3:1 Qollar: Mbappe, 3, Falkao, 17, Cermeyn, 81 - Roys, 48 İlk oyun – 3:2

Монако - Боруссия Д 3:1. Обзор матча. Лига чемпионов 2016/17. 1/4 финала. Ответный матч. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

БАРСЕЛОНА - ЮВЕНТУС от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.