Maide.az

Çempionlar Liqasında `pley-off` mərhələsinə start verilir

Dörd oyunun start fiti isə Bakı vaxtı ilə saat 22:45-də çalınacaq   Bu gün keçiriləcək 5 oyunla futbol üzrə Çempionlar Liqasında "pley-off" mərhələsinə start veriləcək.   Açılış matçında Azərbaycan təmsilçisi "Qarabağ" Danimarka "Kopenhagen"ini qəbul edəcək. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq. Qalan 4 oyunun start fiti isə Bakı vaxtı ilə saat 22:45-də çalınacaq:   "Sportinq" (Portuqaliya) - "Styaua" (Rumıniya) Lissabon, "Joze Alvelade" stadionu   "Hoffenhaym" (Almaniya) - "Liverpul" (İngiltərə) Sinshaym, "Rayn-Nekkar Arena"   "Yanq Boyz" (İsveçrə) - MOİK (Moskva, Rusiya) Bern, "Stad de Suiss"   APOEL (Kipr) - "Slaviya" (Praqa, Çexiya) Nikosiya, GSP stadionu   Daha 5 qarşılaşma ikinci oyun gününə təsadüf edəcək: "Napoli" (İtaliya) - "Nitsa" (Fransa) Neapol, "San-Paolo" stadionu   "Başakşehir" (Türkiyə) - "Sevilya" (İspaniya) İstanbul, Fatih Terim stadionu   "Hapoel" (Beer-Şeva, İsrail) - "Maribor" (Sloveniya) Beer-Şeva, "Turner" stadionu   "Seltik" (Şotlandiya) - "Astana" (Qazaxıstan) Qlazqo, "Seltik Park"   "Olimpiakos" (Yunanıstan) - "Riyeka" (Xorvatiya) Pirey, Georgios Karaiskakis stadionu   Bu görüşlər də saat 22:45-də başlanacaq. Qeyd edək ki, cavab oyunları 22-23 avqustda olacaq. (report) /