Maide.az

Çempionlar Liqasında `pley-off` mərhələsinin cavab oyunları başlayır

Bu gün Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşlərinə start veriləcək. İlk oyun günündə 5 qarşılaşma baş tutacaq. İtaliyanın "Roma" klubu Portuqaliya "Portu"sunu qəbul edəcək. İlk görüş 1:1 hesabı ilə başa çatdığından, meydan sahiblərini qolsuz heç-heçə də qane edir. Portuqaliya təmsilçisi isə qrup mərhələsinə yüksəlmək üçün ya qalib gəlməli, ya da matçı ən azı 2:2 hesablı bərabərliklə başa vurmalıdır. Türkiyənin "Fənərbağça" klubunu məğlub edərək adını "pley-off"a yazdıran "Monako" İspaniya "Vilyarreal"ını sınağa çəkəcək. Tərəflər arasında İspaniyada keçirilmiş ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. Xosep Qvardiolanın baş məşqçisi olduğu İngiltərənin "Mançester Siti" klubu isə demək olar ki, qrup mərhələsini təmin edib. İlk görüşdə "Styaua"nı 5:0 hesabı ilə darmadağın edən "şəhərlilər"in cavab matçında qrup mərhələsini əldən verəcəyi inandırıcı görünmür.   Çempionlar Liqası, cavab oyunları 22:45. "Roma" (İtaliya) - "Portu" (Portuqaliya) İlk oyun - 1:1 22:45. APOEL (İsrail) - "Seltik" (Şotlandiya) İlk oyun - 2:5 22:45. "Legiya" (Polşa) - "Dandolk" (İrlandiya) İlk oyun - 2:0 22:45. "Monako" (Fransa) - "Vilyarreal" (İspaniya) İlk oyun - 1:1 22:45. "Viktoriya" (Çexiya) - "Ludoqorets" (Bolqarıstan) İlk oyun - 0:2 Qeyd edək ki, "pley-off" mərhələsinə avqustun 24-də keçiriləcək daha 5 oyunla yekun vurulacaq. (report) /