Maide.az

Çempionlar Liqasında ilk yarımfinalçılar bu klublar oldu - VİDEO

Ötən gecə UEFA Çempionlar Liqasında 1/4 finalın iki cavab oyunu keçirilib.    İngiltərədə "Mançester Siti" Fransanın PSJ klubunu qəbul edib. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Mançester təmsilçisi yarımfinala yüksəlib. Madrid "Real"ı isə doğma meydanda Almaniya "Volfsburq"unu qəbul edib. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "kral klubu" həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Kriştianu Ronaldonun het-triki "Real"a qələbə qazandırıb - 3:0. Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu bu gün keçiriləcək. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 1:0  "Real" (Madrid, İspaniya) - "Volfsburq" (Almaniya) - 3:0 13 aprel 22:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya)  İlk oyun - 1:2 22:45. "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya)  İlk oyun - 0:1 Modern.az