Maide.az

Çempionlar Liqasında II turun son oyunları keçiriləcək

Futbol üzrə Çempionlar Liqasında II tura bu gün keçiriləcək daha 8 oyunla yekun vurulacaq.   Günün ilk matçı Bakıda "Qarabağ"la İtaliya "Roma"sı arasında olacaq.   Qalan 7 qarşılaşma isə eyni saatda başlanacaq. Mərkəzi görüş elə C qrupunda İspaniya "Atletiko"su ilə İngiltərənin "Çelsi" klubları arasında baş tutacaq. 2018-2019 mövsümündə Çempionlar Liqasının final matçının keçiriləcəyi "Metropolitano" stadionundakı qarşılaşmaya türkiyəli referi Cüneyt Çakır təyinat alıb. İlk turda "Çelsi" "Qarabağ"ı Londonda böyük hesabla yenib - 6:0. "Atletiko" isə İtaliyada "Roma" ilə qolsuz heç-heçə edib.   Daha bir diqqətçəkən matç Fransanın paytaxtı Parisdə PSJ ilə Almaniya "Bavariya"sı arasında olacaq. İlk turdan sonra B qrupundakı hər iki komandanın hesabında 3 xal var.   Açılış oyunlarını qələbə ilə başa vuran A qrupundakı Rusiya MOİK-i ilə İngiltərə "Mançester Yunayted"i də bu gün üz-üzə gələcək.   Nəhayət, D qrupunda ilk turdan qalib ayrılan Portuqaliya "Sportinq"i ilə İspaniya "Barselona"sı qarşılaşacaq.   Çempionlar Liqası, II tur 27 sentyabr A qrupu 22:45. "Bazel" (İsveçrə) - "Benfika" (Portuqaliya) 22:45. MOİK (Rusiya) - "Mançester Yunayted" (İngiltərə) Xal durumu: "Mançester Yunayted" - 3, MOİK - 3, "Bazel" - 0, "Benfika" - 0.   B qrupu 22:45. PSJ (Fransa) - "Bavariya" (Almaniya) 22:45. "Anderlext" (Belçika) - "Seltik" (Şotlandiya) Xal durumu: "Bavariya" - 3, PSJ - 3, "Seltik" - 0, "Anderlext" - 0.   C qrupu 22:45. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) 20:00. "Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya) Xal durumu: "Çelsi" - 3, "Roma" - 1, "Atletiko" - 1, "Qarabağ" - 0.   D qrupu 22:45. "Sportinq" (Portuqaliya) - "Barselona" (İspaniya) 22:45. "Yuventus" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) Xal durumu: "Barselona" - 3, "Sportinq" - 3, "Yuventus" - 0, "Olimpiakos" - 0.   Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.(report) /