Maide.az

Çempionlar Liqasında daha iki yarımfinalçının adı bəlli oldu

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vuruldu.   Trend-in məlumatına görə, keçirilmiş iki oyunla daha iki yarımfinalçının adı bəlli oldu.   Madridin "Atletiko" klubu öz meydanında "Barselona"nı qəbul etdi. Oyun "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə bitdi.   İlk oyunda Kataloniya klubu 2:1 hesablı qələbə qazandığından şanslar bərabər qiymətləndirilirdi.   Digər oyun Portuqaliyada baş tutdu. Burada "Benfika" "Bavariya"nı qəbul edirdi. Oyun 2:2 hesablı heç-heçə ilə bitsədə, Münhen təmsilçisi ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi üçün yarımfinala yüksəldi.   "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) - 2:0   Qol: Qrizmann, 36 (1:0), 88-pen.   "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya) - 2:2   Qollar: Ximenes, 27 (1:0), Vidal, 38 (1:1), Müller, 52 (1:2), Taliska, 76 (2:2)