Maide.az

Çempionlar Liqasında Azərbaycan klublarının rəqibləri dəqiqləşib

Qadın voleybolçular arasında Çempionlar Liqasının bütün qruplarının tərkibi müəyyənləşib. III təsnifat mərhələsindən sonra mübarizəni davam etdirəcək 4 klubun adına aydınlıq gəlib.   Bunlar “Əczaçıbaşı” (Türkiyə), “Dabrova Qornitsa” (Polşa), “Modena” (İtaliya) və “Dinamo” (Krasnodar, Rusiya) klublarıdı. İlk 3 komanda birinci matçda olduğu kimi, yenə qalib gəldiyi halda, şimal qonşularımızın təmsilçisi 2 oyunun fərqinə görə mərhələ adlayıb.   Bu klublardan ikisi isə Azərbaycan klublarına rəqib olub. Belə ki, “Dabrova Qornitsa” Super Liqanın qalibi “Azərreyl”, həmçinin “Sen-Rafael” (Fransa) və “Fənərbaxça” (Türkiyə) ilə mübarizəni C qrupunda davam etdirəcək.   Vitse-çempion “Telekom”a isə İtaliyanın “Modena” klubu rəqib olub. İtaliya təmsilçisi Bakı klubu, həmçinin “Ximik” (Polşa) və “Konegliano” (İtaliya) ilə qarşılaşmaq hüququ qazanıb. (apa) /   III təsnifat mərhələsi, cavab oyunları “Əczaçıbaşı” (Türkiyə) – “Minçanka” (Belarus) – 3:0 (25:14, 28:26, 25:19) İlk oyun: 3:1   “Dabrova Qornitsa” (Polşa) – “Agel” (Çexiya) – 3:1 (25:19; 23:25; 25:19; 26:24) İlk oyun: 3:1   “Kann” (Fransa) – “Modena” (İtaliya) – 1:3 (24:26; 26:28; 25:23; 9:25) İlk oyun: 0:3   “Dinamo” (Krasnodar, Rusiya) – “Vizura” (Serbiya) – 3:0 (25:23; 25:18; 25:18) İlk oyun: 2:3   Beləliklə, qrupla belə formalaşıb:    Qrup mərhələsi A qrupu: “Ximik” (Polşa), “Konegliano” (İtaliya), “Telekom” (Azərbaycan), “Modena” (İtaliya) B qrupu: “Dinamo” (Moskva, Rusiya), “Volero” (İsveçrə), “Alba” (Rumıniya), “Dinamo” (Krasnodar, Rusiya) C qrupu: “Azərreyl” (Azərbaycan), “Sen-Rafael” (Fransa), “Fənərbaxça” (Türkiyə), “Dabrova Qornitsa” (Polşa) D qrupu: “VakıfBank” (Türkiyə), “Dresdner” (Almaniya), “Uralochka” (Rusiya), “Əczaçıbaşı” (Türkiyə)