Maide.az

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq

1/4 final mərhələsinə son iki vəsiqənin sahibi müəyyənləşəcək   Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.   “Report”un məlumatına görə İspaniya və Fransada baş tutan cavab matçlarında 1/4 final mərhələsinə son iki vəsiqənin sahibi müəyyənləşəcək.   1/8 final mərhələsinin ilk oyununda Almaniyada “Bayer”i 4:2 hesabı ilə məğlub edən Madridin “Atletiko” klubunu 1/4 finalçı saymaq olar. Çünki ispanlar böyük ölçüdə tapşırığın öhdəsindən gəlib.   Digər cütün ilk oyununda iki top fərqli qələbə qeydə alınıb. Lakin “Mançetser Siti” “Monako”nu evdə 5:3 hesabı ilə məğlub edib. Özü də, “şəhərlilər” 2:3 hesabı ilə uduzduqları matçdan qalib ayrılıb. /   Çempionlar Liqası 1/8 final mərhələsi, cavab oyunları 15 mart 23:45 Monako (Fransa) – “Mançester Siti” (İngiltərə) Baş hakim: Canluka Rokki (İtaliya) İlk oyun – 3:5   23:45 “Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) Baş hakim: Sergey Karasev İlk oyun 4:2