Maide.az

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək. Tamaşaçıların ən çox gözlədiyi "Roma" ilə İspaniya "Real Madrid"inin oyunudur. Digər qarşılaşma isə Belçikada "Gent"lə Almaniya "Volfsburq"u arasında olacaq. Hər iki komanda Çempionlar Liqasının "pley-off" mərhələsində debüt edəcək.    Çempionlar Liqası, 1/8 final   23:45. "Roma" (İtaliya) - "Real Madrid" (İspaniya) Roma, "Olimpiko" stadionu   23:45. "Gent" (Belçika) - "Volfsburq" (Almaniya) Gent, KAA Gent stadionu.