Maide.az

Çempionlar Liqasında 1/4 final mərhələsinin qalan 3 oyunu keçiriləcək

Qarşılaşmalardan 2-si Almaniyada olacaq   Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 3 oyunu keçiriləcək.   "Report"un məlumatına görə, qarşılaşmalardan 2-si Almaniyada olacaq.   Əvvəlcə Dortmundda "Borussiya" və Fransa "Monako"su üz-üzə gələcək. Əslində bu komandalar aprelin 11-də qarşılaşmalı idi. Lakin "Borussiya"nın avtobusu qarşısında 3 partlayıcı qurğunun işə düşməsi səbəbindən görüş bir gün sonraya təxirə salınıb.   Bu oyundan sonra Münhendə "Bavariya" İspaniya "Real Madrid"ini qəbul edəcək. İspaniyada isə "Atletiko" İngiltərənin "Lester" klubu ilə qarşılaşacaq.   22:45 "Bavariya” (Almaniya) – "Real Madrid” (İspaniya) Baş hakim: Nikola Ritsoli (İtaliya)   22:45 "Atletiko” (İspaniya) – "Lester” (İngiltərə) Baş hakim: Yunas Eriksson (İsveç)   Qeyd edək ki, ilk 1/4 final matçında "Yuventus" İtaliyada İspaniya "Barselona"sını darmadağın edib - 3:0. /