Maide.az

Çempionlar Liqası: Səkkiz oyunda 21 qol

“Futbol üzrə Çempionlar Liqasında 2019/20-ci illər mövsümünə start verilib.   Maide.Az "sputnik.az"a istinadla xəbər verir ki, ilk qarşılaşma Fransada yerli "Lion" ilə Rusiya "Zenit"i arasında baş tutub. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. "G" qrupunun digər qarşılaşmasında "Benfika" (Portuqaliya) öz meydanında Almaniya "Leipsiq"inə 1:2 hesabı ilə məğlub olub.   "F" qrupunda "İnter" doğma meydanda 90+2 dəqiqədə Praqa "Slaviya"sına məğlubiyyətdən xilas olub. Qrupun digər matçında Dortmund "Borussiya"sı Almaniyada "Barselona" (İspaniya) ilə qolsuz heç-heçəyə nail olub.   Gecənin ən maraqlı nəticəsi İtaliyada qeydə alınıb. Çempionlar Liqasının hazırkı qalibi "Liverpul" (İngiltərə) "Napoli"yə (İtaliya) 0:2 hesabı ilə məğlub olub. Qrupun paralel keçən oyununda "Zalsburq" (Avstriya) "Genk"i (Belçika) darmadağın edib - 6:2. Matçda 19 yaşlı norveçli Erlinq Hollan ilk yarıda het-trikə imza atıb.   "Valensiya"nın səfərdə "Çelsi" üzərində qələbə qazanması (1:0) turun digər gözlənilməz nəticəsi olub.   "H" qrupunun paralel keçirilən matçı "Ayaks" və "Lill" arasında baş tutub. Hollandiya təmsilçisi Fransa klubuna heç bir şans verməyib - 3:0.   Çempionlar Liqası. I tur   "E" qrupu   "Red Bull Zalsburq" (Avstriya) - "Genk" (Belçika) - 6:2   "Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) - 2:0   F Qrupu   "Borussiya D" (Almaniya) - "Barselona" (İspaniya) - 0:0   "İnter" - "Slaviya" - 1:1   G Qrupu   "Benfika" (Portuqaliya) - "RB Leypsiq" (Almaniya) - 1:2   "Lion" (Fransa) - "Zenit" (Rusiya) - 1:1   H Qrupu   "Çelsi" (İngiltərə) - "Valensiya" - 0:1   "Ayaks" (Niderland) - "Lill" - 3:0