Elmar Məmmədyarov Çexiyaya gedib
Xarici işlər naziri Elmar Məmmədyarov 4 may tarixində Praqa şəhərində keçiriləcək Vişeqrad 4 (Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya) və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Çexiyaya yola düşüb. Bu barədə Maide.Az-a XİN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclas çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. /