Maide.az

Elçin Manafov sərbəst buraxıldı

Turan agentliyinin məlumatına görə, Azərbaycan İslam Partiyasının sabiq sədr əvəzi Elçin Manafov öz həbsi barədə məlumatları təkzib edib. Elçin Manafovun sözlərinə görə, dünən o, MTN-ə sorğu-sual üçün çağırılıbmış. Üç saatlıq söhbətdən sonra Elçin Manafov azad olunub. Sorğu-sualların detalları barədə o, məlumat verməyib.   ***  Dünən MTN tətərəfindən saxlanılan Azərbaycan İslam partiyasının sabiq sədr əvəzi Hacı Elçin Manafov sərbəst buraxılıb İslamazeri.az-a verilən məlumata görə, dünən MTN tətərəfindən saxlanılan ilahiyyatçı, Azərbaycan İslam partiyasının sabiq sədr əvəzi Hacı Elçin Manafov sərbəst buraxılıb. Xəbəri ruhaninin ailəsi də təsdiq edib /