Maide.az

Elçin Həsənov və İbrahim Türksoy islah işlərinə məhkum edilib

 Noyabrın 16-da Mingəçevir şəhərində frilans reportyorlar Elçin Həsənov və İbrahim Türksoyun işi üzrə məhkəmə prosesi başa çatıb.   Onlara qarşı şəhər mənzil-istismar idarəsinin rəisi Şəhriyar Mustafayev xüsusi cinayət ittihamı qaydasında iddia qaldırıb. O, onların CM-in 147.1 (böhtan) və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edib.     İddiaya bu məmur və şəhər rəhbərliyi haqqında tənqidi nəşrlər, habelə Mingəçevirdə korrupsiya haqqında nəşrlər səbəb olub.   Məhkəmə hər iki jurnalisti 1 il islah işlərinə məhkum edib. Şərh almaq üçün iddiaçı ilə əlaqə saxlamaq mümkün olmayıb. /Turan/