Eldar Mahmudovun Səhiyyə Nazirliyindəki qohumu işdən çıxarıldı
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Pərvanə Şəfiyeva Səhiyyə Nazirliyi Dərmanların Ekspertizası İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyindəki mənbə məlumat verib. Onun yerinə əvvəllər Strong Farm şirkətinin direktoru olmuş Sadıx Əliyev təyin edilib. O da bildirilib ki, S. Əliyev daha əvvəl “EvroMed” şirkətində Beynəlxalq əlaqələr üzrə direktor müavini işləyib./